XƏBƏR LENTİ
29 Noyabr 2021
28 Noyabr 2021
27 Noyabr 2021
26 Noyabr 2021



İranın xarici işlər naziri : "Bölgədəki dəyişikliklərə dözməyəcəyik”
DÜNYA 18:53 / 03.10.2021

İran sionist rejimin mövcudluğuna və ölkəsinin sərhədi yaxınlığındakı təxribatçı hərəkətlərinə, bölgədə və sərhədlərində geosiyasi dəyişikliklərə dözməyəcək”.

Yenisəs.az  Modern.az-a  istinadla  xəbər verir ki, bunu "İrna” agentliyinə İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian deyib.


"Qarabağın azad edilməsindən sonra xoşagəlməz hadisələr baş verdi. İsrail fürsətdən maksimum istifadə etməyə çalışdı və İran sərhədlərinə yaxınlaşmaq üçün uğursuz cəhdləri nəticəsində Azərbaycanın bir sıra bölgələrində varlığını qurdu”,-deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, İran öz sərhədləri yaxınlığında sionist rejimin mövcudluğundan narahat olduğunu dilə gətirib və bu barədə diplomatik kanalları vasitəsilə Bakıya məlumat verib.

İranın enerji resurslarının Ermənistana və Qarabağa yönəlməsi ilə bağlı son vaxtlar yaşanan problemlərə toxunan nazir, iki iranlı sürücünün Azərbaycan tərəfindən həbsini qəbuledilməz adlandırıb.

O həmçinin bildirib ki, İran hökuməti qonşu ölkələrlə əməkdaşlığı genişləndirməyə sadiqdir.

"Biz Azərbaycandakı vəziyyəti anlayırıq və xarici müdaxilələrdən, o cümlədən ölkədə sionistlərin və terrorçuların olmasından xəbərdarıq. Gələcəkdə bunun Bakı üçün problemə çevriləcəyindən narahatıq", - Hüseyn Əmir Abdollahian deyib

Nazir vurğulayıb ki, Azərbaycanla sərhəddə hərbi təlimlər keçirən Tehran "bölgədəki sionistlərə və terrorçulara" bir siqnal ötürüb.

Hüseyn Əmir Abdollahian onu da qeyd edib ki, əcnəbi "oyunçular”ın Tehranla Bakı arasında uzun müddətdir davam edən münasibətlərə təsir etməsinə icazə verilməməlidir.

Bundan əvvəl İran parlamentinin üzvləri ölkənin şimal -qərbində keçirilən hərbi təlimlərə dəstək olaraq birgə bəyanat yayıblar. Xüsusilə qonşu ölkələrin sərhədlərindəki dəyişikliklərin İranın qırmızı xətti olduğunu söyləyiblər.


1237 oxunub

InvestAZ