XƏBƏR LENTİ
23 Oktyabr 2021
22 Oktyabr 2021
21 Oktyabr 2021



Qarabağda Monitorinq Mərkəzi regionda sabitliyin ciddi təminatıdır - Putin
SİYASƏT 15:27 / 29.09.2021

Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəal şəkildə işləyir və regionda sabitliyin ciddi təminatıdır.

Yenises.az-ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı deyib.

V.Putin bildirib ki, Türkiyənin Qarabağdakı vəziyyətə təsiri regionda sülhə xidmət edir: "Birgə əməkdaşlıq sabitliyin və tərəflərin sülhə yönəlmiş növbəti addımlarının razılaşdırılmasının ciddi təminatıdır".


15891 oxunub

InvestAZ