XƏBƏR LENTİ
23 Oktyabr 2021
22 Oktyabr 2021



Bakıda məhkuma məxsus torpaq sahəsindən silahlar tapıldı
KRİMİNAL 20:36 / 25.09.2021

Maştağada məhkumun yaşadığı evdən silahlar götürülüb.

Bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidməti məlumat yayıb.

Bildirilib ki, xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Müalicə Müəssisəsində cəza çəkən məhkum Vüqar Yaşar oğlu Quliyevin yaşadığı Maştağa qəsəbəsində yerləşən boş torpaq sahəsində basdıraraq gizlətdiyi bir ədəd "VALTRO mod85 COMBAT” model tapança, lüləyi və qundağı kəsilmiş bir ədəd ov tüfəngi aşkar edilərək götürülüb.


1141 oxunub

InvestAZ