XƏBƏR LENTİ
19 Yanvar 2022
18 Yanvar 2022



Ermənistana Zəngəzur dəhlizi mesajı: Pekindən İrəvana məktub
DÜNYA 21:05 / 21.09.2021

Çin dövlət başçısı Si Cinpin Ermənistanın Müstəqillik günü münasibəti ilə bu ölkənin Prezidenti Armen Sərkisyana təbrik məktubu göndərib.

Yenisəs.az  Teleqraf.com-a  istinadla   xəbər verir ki, Çin lideri iki ölkə arasında yüksək əlaqələrin olduğunu bildirib.

Məktubda qeyd olunub ki, hazırda Ermənistanla Çin arasında münasibətlərin inkişaf dinamikası qorunub saxlanılır.

Si Cinpin məktununda Ermənistan prezidentinə "Bir Kəmər – Bir Yol” layihəsini də xatırladıb:

"Ermənistan və Çin qarşılıqlı maraq doğuran əsas məsələlərdə bir-birlərinə kömək edir, "Bir Kəmər - Bir Yol” təşəbbüsü çərçivəsində əməkdaşlığı durmadan inkişaf etdirir”.

Qeyd edək ki, "Bir Kəmər – Bir Yol” Çinin "Yeni İpək Yolu” layihəsi olaraq da adlandırılır. Bu, Asiya, Avropa və Afrikanı dəmir və şose yolları, eləcə də dəniz limanları vasitəsilə birləşdirən layihədir. "Bir Kəmər – Bir Yol” layihəsinin keçid nöqtələrdən biri də Zəngəzurdur. Perspektivdə açılması planlaşdırılan Zəngəzur dəhlizi bu proyektin önəmli hissələrindən biridir.


2366 oxunub

InvestAZ