XƏBƏR LENTİ
23 Oktyabr 2021
22 Oktyabr 2021



Əbülfət MƏDƏTOĞLU: - MƏCNUN DİNİ
Ədəbiyyat 09:31 / 20.09.2021
Sevinc gətirən heç nə
Ağlıma gəlmir indi...
Məni imansız sayma ,
Olanım bircə dindi -
Məcnun dini!..
Göyə açılan əlim,
Yerə söykənən dizim...
Adını çəkən dilim ,
İnancımızdı bizim -
Məcnun dini!..
Tanrıdan gələn işıq,
Tanrıya gedən cığır...
Məni eyləyən aşiq,
Hər an qarşıma çıxır -
Məcnun dini!
Hər anı , hər sözüylə
Müqəddəsdi və Nuhdu!
Baxın, şair gözüylə ,
Varlıq və həm də ruhdu -
Məcnun dini!

1616 oxunub

InvestAZ