XƏBƏR LENTİ
16 Oktyabr 2021
15 Oktyabr 2021
14 Oktyabr 2021



İrandan qonşularla bağlı açıqlama: Yeganə yol...
DÜNYA 11:47 / 19.09.2021

Qonşu ölkələrin ərazi bütövlüyü İran üçün hər bir məsələdən daha önəmlidir.

Yenisəs.az  Trend-ə istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat konfransında deyib.

S.Xətibzadənin sözlərinə görə, regional əməkdaşlıq sülh və stabilliyin əsasıdır:

"Hazırda baş verən proseslər kollektiv əməkdaşlığa çevrilməlidir. Yeganə yol kollektiv əməkdaşlıqdır".

Xətibzadə əlavə edib ki, İran qonşu ölkələrin inkişafını öz inkişafı hesab edir. Bütün qonşular inkişaf, sülh və stabilliyin kollektiv şəkildə mümkün olduğunu bilməlidirlər.


935 oxunub

InvestAZ