XƏBƏR LENTİ
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Rusiyada sərnişin təyyarəsi qəzaya düşdü: ölənlər var - Video
DÜNYA 09:21 / 13.09.2021

Rusiyanın İrkutsk vilayətində L-410 sərnişin təyyarəsi sərt eniş edib.

Yenisəs.az  Axar.az -a  istinadla  xəbər verir ki, Rusiya mediası sərt enişdən sonra təyyarənin alışdığı haqda məlumat yayıb.

Təyyarədə 14 sərnişin, 2 ekipaj üzvü olub.

İlkin məlumata görə, sağ qalanlar var. Belə ki, qəzadan sonra sərnişinlərdən biri doğmalarına zəng edib.

Mi-8 helikopteri hadisə yerinə göndərilib.

***

Rusiyanın İrkutsk vilayətində qəza enişi etmiş "L-410” təyyarəsinin iki ekipaj üzvü və iki sərnişin həlak olub.

Yaralıların sayı isə 5 nəfərdir.

Bildirilib ki, təyyarə təyinat nöqtəsinə 4 km qalmış enməyə məcbur olub.

***

Xilasetmə əməliyyatı başa çatıb.

Rusiya FHN-nin məlumatına görə, yaralanan 12 nəfərin hamısı xəstəxanalara yerləşdirilib.



5222 oxunub

InvestAZ