XƏBƏR LENTİ
24 May 2022
23 May 2022



Ərdoğan meşə yanğınlarından danışdı
DÜNYA 09:14 / 07.08.2021

Türkiyənin 44 əyalətində iyulun sonunda başlayan 208 meşə yanğınının 196-sı lokallaşdırılıb. Beş əyalətdə - Antalya, Muğla, İsparta, Aydın və Dənizlidə 12 yanğının söndürülməsi davam edir.

Yenisəs.az  xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə rəhbəri vurğulayıb ki, dövlət bütün səylərini yanğınlarla mübarizəyə yönəldib. Onun sözlərinə görə, yanğınların söndürülməsinə 56 helikopter cəlb edilib.

Ərdoğan qeyd edib ki, Ukrayna Türkiyəyə gecəgörmə cihazları olan beş helikopter göndərib. Helikopterlər gecə-gündüz rejimində meşələrin söndürülməsinə cəlb ediləcək.(axar.az)


9473 oxunub

InvestAZ