Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 5-də İran İslam Respublikasına işgüzar səfər edəcək.
Yenisəs.az Unikal.org-a istinadla xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb. Belə ki, səfər çərçivəsində Nikol Paşinyan İranın yeni seçilmiş prezidenti İbrahim Raisi ilə görüşəcək.
Daha sonra Paşinyan İran Prezidentinin rəsmi andiçmə mərasimində iştirak edəcək.