XƏBƏR LENTİ
27 Sentyabr 2021
26 Sentyabr 2021
25 Sentyabr 2021
24 Sentyabr 2021



17 yaşlı oğlanı elektrik cərəyanı öldürdü
KRİMİNAL 15:59 / 26.07.2021

İyulun 25-i saat 18 radələrində Gədəbəy rayon, Novosaratovka kənd sakini, 2004-cü il təvəllüdlü Ceyhun Paşayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yenisəs.az bildirir ki , bu barədə   məlumat Gədəbəy Rayon Prokurorluğundan  verilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Ceyhun Paşayev yaşadığı kənddə Gədəbəy Telekommunkasiya Qovşağına məxsus taxta materialdan olan rabitə dayağının üzərinə bərkidilmiş məftildən tutarkən elektrik cərəyanının vurması nəticəsində ölüb.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılır.


1251 oxunub

InvestAZ