XƏBƏR LENTİ
27 Sentyabr 2021
26 Sentyabr 2021
25 Sentyabr 2021
24 Sentyabr 2021



Elyar İslamoğlu: "Şəhid ailələri ilə jurnalistlərin arasını vurmayın"
Gündəm 11:43 / 26.07.2021
"Jurnalistlər adına tikilən binanın şəhid ailələrinə verilməsi üçün imza toplayıb canfəşanlıq, şirinlik edənlərin məqsədi keçmişdə evə görə jurnalistləri bir-birinə düşmən etdikləri kimi, indi də şəhid ailələri ilə jurnalistlərin arasını vurmaqdır ki, şəhid ailələrinin problemlərini işıqlandırmasınlar".

Yenisəs.az  xəbər verir ki, bu fikirləri Vətən müharibəsində şəhid olmuş mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu şəxsi "Facebook" səhifəsində yazıb. 

O, daha sonra vurğulayıb: "Belə fədakarlıq edib imza toplayansınızsa, "Atletlər kəndi" illərdir tikilib, bomboşdur. Həmin evlərin şəhid ailələrinə verilməsi üçün müraciət edin. İt ilində bir dəfə yarış olacaq deyə, o qədər mənzil orada niyə boş qalmalıdır? Yarışlara gələn turistlər ölkədəki yüzlərlə oteldə yerləşdirilə bilər".
3253 oxunub

InvestAZ