XƏBƏR LENTİ
27 Sentyabr 2021
26 Sentyabr 2021
25 Sentyabr 2021
24 Sentyabr 2021



Mustafa Şentop sabah Azərbaycana səfər edəcək
SİYASƏT 13:36 / 25.07.2021

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop sabah Azərbaycana səfər edəcək.

Yenisəs.az xəbər verir ki,  "Anadolu" İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, TBMM sədri Azərbaycan-Pakistan-Türkiyə parlament başçılarının Bakıda keçirilən ilk toplantısında iştirak edəcək.
27 iyulda keçiriləcək görüşdə Bakı Bəyannaməsinin imzalanma mərasimi olacaq.
İclasdan əvvəl parlament sədrləri Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək.
İyulun 28-də TBMM sədrinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da görüşü də nəzərdə tutulub.
M.Şentopun türk iş adamları və qeyri-hökumət təşkilatlarının nümayəndələrini qəbul edəcəyi, Şuşa və Füzuli şəhərlərinə səfər etdikdən sonra iyuliun 29-a Türkiyəyə dönəcəyi bildirilib.


1611 oxunub

InvestAZ