XƏBƏR LENTİ
27 Sentyabr 2021
26 Sentyabr 2021
25 Sentyabr 2021
24 Sentyabr 2021



Sərhəddə atışma: 3 erməni əsgər yaralandı
Gündəm 06:59 / 24.07.2021

Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində atışma barədə Ermənistan MN də açıqlama yayıb.

Yenisəs.az  Axar.az -a  istinadla  xəbər verir ki, dünən  17:00-dan sonra baş verən atışmada 3 erməni əsgərin yaralandığı bildirilib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi iyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutduğunu açıqlayıb. Açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Fərman Telman oğlu Yaqublu şəhid olub.

MN axşam saatlarında yaydığı ikinci açıqlamada Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində atışmanın hazırda da davam etdiyini, Ordumuzun cavab atəşi ilə qarşı tərəfi susdurduğu bildirilib.


1977 oxunub

InvestAZ