XƏBƏR LENTİ
27 Sentyabr 2021
26 Sentyabr 2021
25 Sentyabr 2021
24 Sentyabr 2021



Sosial şəbəkədə yaydığı videoları sildi - DİN MƏLUMAT YAYDI
KRİMİNAL 06:51 / 24.07.2021

"TikTok” platformasında narkotik vasitələri təbliğ edən musiqili videolar yayan şəxslərə qarşı tədbirlər davam etdirilir.

Yenisəs.az  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə  istinadən bildirir  ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsidə bu tipli videolar yayan şəhər ərazisində yaşayan Tərlan Bağırov saxlanılıb. Bu şəxslə profilaktik söhbətlər aparılıb, paylaşdığı videonun zərərləri, sosial şəbəkələrdə yeniyetmə və gənclərə göstərdiyi mənfi təsirlər barədə ona məlumatlar verilib.

Adıçəkilən şəxsin "TikTok” sosial şəbəkəsində paylaşdığı bu tipli videonun silinməsi təmin edilib və Tərlan Bağırova ciddi xəbərdarlıq edilərək sərbəst buraxılıb.


2706 oxunub

InvestAZ