XƏBƏR LENTİ
26 İyul 2021
25 İyul 2021
24 İyul 2021
23 İyul 2021



Qubada oğul atasını avtomobillə vuraraq öldürdü
KRİMİNAL 09:19 / 22.07.2021

Qubada bədbəxt hadisə nəticəsində oğlu atasını öldürüb.

"Report”un məlumatına görə, hadisə rayonun Paşaoba kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1976-cı il təvəllüdlü Habil Cəbrayılov idarə etdiyi "Ford” markalı yük avtomobilini geri sürərkən maşının arxasında duran atası 1940-cı il təvəllüdlü Ruzman Cəbrayılovu vurub.

Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılan R. Cəbrayılovu həkimlərin səylərinə baxmayaraq, həyatda saxlamaq mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


488 oxunub

InvestAZ