XƏBƏR LENTİ
26 İyul 2021
25 İyul 2021
24 İyul 2021
23 İyul 2021



Təcili yardım maşınından qaçıb cinayət törətdi
KRİMİNAL 16:03 / 21.07.2021

Yasamal rayonunda 35 yaşlı Muxtar Ağasıyev intihara cəhd edib.

Rayonda yerləşən beşmərtəbəli binanın damına çıxan Ağasıyev özünü yerə atıb. Xəsarətlər alan şəxs təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Lakin o, yolda təcili yardım maşınından düşüb qaçaraq yaxınlıqdakı binalardan birinin blokuna girib və qapısı açıq olan evə daxil olub. Ağasıyev həmin evdə yaşayan tanımadığı şəxslərdən hədə-qorxu ilə pul tələb edib.

Hadisə yerinə polis çağırılıb. Ağasıyev saxlanılaraq Respublika Psixoloji Xəstəxanasına yerləşdirilib. İlkin məlumata görə, həmin şəxsin psixi problemləri var.(qafqazinfo)


487 oxunub

InvestAZ