XƏBƏR LENTİ
26 İyul 2021
25 İyul 2021
24 İyul 2021
23 İyul 2021



Əbülfət MƏDƏTOĞLU: - MƏKTUB- XATIRLATMA ("Bir qadına..." silsiləsindən)
YAZARLAR 12:21 / 21.07.2021

Elə düşünmə ki, məndən uzaqsan
And olsun Allaha,sən yanımdasan!
Havasan,işıqsan, susan, torpaqsan -
Allahın özü tək hər anımdasan!
Elə düşünmə ki, səndən uzağam-
Kölgənəm, fikrinəm, dildə sözünəm.
Küləyəm, yağşam,odam, sazağam-
Anında, ayında.ildə özünəm!
Elə düşünməki biz aralıyıq -
Sən sərhəd çəkmisən, ya mən ölmüşəm...
İkimiz bir dərddən biz yaralıyıq -
Sənə o dünyadan geri dönmüşəm.

1135 oxunub

InvestAZ