XƏBƏR LENTİ
26 İyul 2021
25 İyul 2021
24 İyul 2021
23 İyul 2021



ƏbüIbülfət MƏDƏTOĞLU yazır: SƏNƏ DƏ, ÖZÜMƏ DƏ ("Bir qadına..." silsiləsindən)
YAZARLAR 13:21 / 20.07.2021

Mən əslində heç kiməm
Sənə də, özümə də...
Necə deyim seç, kiməm -
Sənə də, özümə də?!
Mən əslində sükutam,
Sözdü, bir də sən butam!
Kirpiyimdə su tutam -
Sənə də, özümə də!
Mən əslində bir qoram
Ruhum üçün bir toram...
Görmürsə göz yar , koram -
Sənə də, özümə də!
Mən əslində elə mən...
Sən əslində elə sən!
Məni sən eləmisən -
Sənə də, özümə də!
(" Bir qadına..." silsiləsindən)
Mən əslində heç kiməm
Sənə də, özümə də...
Necə deyim seç, kiməm -
Sənə də, özümə də?!
Mən əslində sükutam,
Sözdü, bir də sən butam!
Kirpiyimdə su tutam -
Sənə də, özümə də!
Mən əslində bir qoram
Ruhum üçün bir toram...
Görmürsə göz yar , koram -
Sənə də, özümə də!
Mən əslində elə mən...
Sən əslində elə sən!
Məni sən eləmisən -
Sənə də, özümə də!

1076 oxunub

InvestAZ