XƏBƏR LENTİ
26 İyul 2021
25 İyul 2021
24 İyul 2021
23 İyul 2021



Şəhidin qapısına oğurluğa gedən qonşular: İki nakişi...
KRİMİNAL 13:05 / 20.07.2021

Bir gün Bəxtiyar Vahabzadə məclisə tələsirdi. Amma əlindəki bazarlığı da evə verməli idi. Məhlədə qonşusunu görür:

- Qonşu, evə gedirsən?

 - Bəli.

- Zəhmət olmasa bu çantaları da bizə verərsən?!

 - Evdə kişi var?

-Qapını döyən kişi olsun, evdə kişi olub olmamasının fərqi yoxdur.

 

Evin kişisi Vətən uğrunda şəhid olub, qonşu bunu fürsət bilib....

 

Adalet.az xəbər verir ki, Şəmkir rayon Polis Şöbəsinə rayon ərazisindəkin mənzillərin birindən naməlum şəxs və ya şəxslərin oğurluq etməsi barədə məlumat daxil olub. Məlumat ilə əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə gələrək müəyyən araşdırmalar həyata keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə, davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, rayon sakinləri Aytəkin Nağıyev və Həsrət Rüstəmov iyul ayının 14-dən 15-nə keçən gecə qonşuluqdakı şəhid ailəsinə məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 25 min manat olan qızıl-zinət əşyalarını oğurlayıblar. Şübhəli şəxslər maddi sübutlar ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


526 oxunub

InvestAZ