XƏBƏR LENTİ
26 İyul 2021
25 İyul 2021
24 İyul 2021
23 İyul 2021



Əliyev Putinlə Moskvada bunları müzakirə edəcək
SİYASƏT 10:24 / 20.07.2021

İyulun 20-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Moskvada görüşəcək.

Yenisəs.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iki ölkə lideri mövcud regional problemlər barədə fikir mübadiləsi aparacaq. Xüsusilə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində əldə etdikləri razılaşmaların həyata keçirilməsinin praktik tərəfləri müzakirə olunacaq. Razılaşmalara əsasən, iqtisadi və nəqliyyat əlaqələrinin açılması və inkişafı ilə bağlı problemlər barədə söhbət aparılacaq.


548 oxunub

InvestAZ