XƏBƏR LENTİ
26 İyul 2021
25 İyul 2021
24 İyul 2021
23 İyul 2021



Sabiq məmur övladının narkotik satması ilə bağlı RƏSMİ AÇIQLAMA
KRİMİNAL 15:23 / 19.07.2021

Bəzi kütləvi informasiya vasitələrində Quba rayonunun keçmiş prokuroru Rafiq Abbasovun oğlunun narkotik vasitələrin satışını həyata keçirən zaman saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib hadisə yerindən qaçması barədə məlumatlar dərc edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Quba Rayon Prokurorluğunda Rafiq Abbasov adlı şəxs prokuror və ya hər-hansı digər vəzifədə işləməyib.

Qeyd edək ki, bu gün rayon ərazisində keçirilən əməliyyat zamanı "Yırtıcı Rauf” ləqəbi ilə tanınan Rauf Abbasov və digər şəxslər narkotik maddələr olan "patı” (metamfetamin), heroin və tiryək satarkən ələ keçirilməsi və bu zaman hüquq mühafizə orqanlarına bıçaqla müqavimət göstərərək hadisə yerindən qaçması barədə məlumat yayılmışdı. 


395 oxunub

InvestAZ