XƏBƏR LENTİ
26 İyul 2021
25 İyul 2021
24 İyul 2021
23 İyul 2021



Əbülfət MƏDƏTOĞLU : - BACARSAN... ("Bir qadına..." silsiləsindən)
YAZARLAR 11:16 / 19.07.2021

Gülüm, sən gözlərindən
Bu kədəri yığışdır...
Bir dünyalıq sevgini
Bu ürəyə sığışdır -
bacarsan!..
Gülüm, sən dan üzünün -
Şehində yu ruhunu!
Elə dan üzünə də
Pıçılda son yuxunu -
bacarsan!..
Gülüm, sən bu həyata
Varlığınla məna qat...
Yaşayıb yaşatmağa
Sevgi dolu imza at -
bacarsan!..
Gülüm, sən pərvanənin
Yanan qanadın sarı....
Rəhm et. bu divanəni-
Qoy kölgən olsun barı-
bacarsan!

734 oxunub

InvestAZ