XƏBƏR LENTİ
26 İyul 2021
25 İyul 2021
24 İyul 2021
23 İyul 2021



Ucarda bir həyətdə iki minik avtomobili, 33 paltaryuyan maşın və soyuducu yanıb
MƏMLƏKƏT 09:45 / 19.07.2021

Ucar rayonunda ümumi sahəsi 150 m² olan talvarın yanar konstruksiyaları, talvarın altında olan "Mercedes" markalı minik avtomobilinin yük hissəsi, "Hyundai" markalı minik avtomobilinin yanar hissələri, 33 ədəd məişət avadanlığı (paltaryuyan maşın və soyuducu), mebel dəsti, 2 m³ taxta və 500 kq buğda yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend- verilən məlumata görə, avtomobilin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


1028 oxunub

InvestAZ