XƏBƏR LENTİ
26 İyul 2021
25 İyul 2021
24 İyul 2021
23 İyul 2021



Əlisəfa Azayev-70
Ədəbiyyat 18:14 / 16.07.2021

Əlisəfa Azayev-70

Hörmətli Əlisəfa müəllim!

Sizi - istedadlı yazıçımızı 70 illik yubileyiniz münasibətilə təbrik edirik.

Siz ədəbi yaradıcılığa ötən əsrin 70-ci illərində başlamısınız. İlk vaxtlar respublika mətbuatında vaxtaşırı hekayələriniz dərc olunmuşdur. "Yeddi il sonra" adlı ilk kitabınız 1979-cu ildə "Gənclik" nəşriyyatında çapdan çıxmışdır. Daha sonra "Çin qızılgülü" kitabınız oxucuların ixtiyarına verilmişdir.

Hekayə və povestlərinizin çoxu macəra-detektiv janrında yazılmışdır. Konfliktlərin əsasını ağır cinayətlərin açılması və həqiqətin üzə çıxarılması təşkil edir. İstintaq prosesi ailə-məişət səhnələri ilə uzlaşır və insan münasibətləri ustalıqla təsvir olunur. Zəngin müşahidə və həyat materialları əsasında yazılmış əsərləriniz haqq-ədalət, düzlük uğrunda mübarizə ruhu, yüksək əxlaqi keyfiyyətlər təlqin edir. "Gözlənilməz hadisə", "Sirli qətl", "Amansız qatil", "Qürbət ellərdə", "Prokuror qızı", "Bayıl məhbusu", "Sahildə qətl", "Vahimə", "Qorxulu oyun", "Məhkumun fəryadı", "Ölüm qorxusu", "Aspirantın taleyi" povestləriniz maraqla qarşılanmışdır.

Dağlıq Qarabağ münaqişəsi bir qələm sahibi kimi sizi həmişə narahat etmişdir. Bu mövzuda mətbuatda vaxtaşırı yazılarınız dərc edilmiş 90-cı illərin keşməkeşli hadisələri, müstəqillik və dövlətçilik prinsipləri, hərbi-vətənpərvərlik ruhu, aydın yazıçı-vətəndaş mövqeyi əsərlərinizdə öz əksini tapmışdır. "Kürdəmir şəhidləri", "Əsgər anası", "Qürbət ellərdə", "Qatarda hadisə", "İstintaq sirri", "Fədakarlıq anı" kitablarınıza bu mövzuda yazılmış dəyərli əsərləriniz daxil edilmişdir. Xalqımızın qəhrəman övladlarına həsr edilmiş neçə-neçə əsəriniz vardır.

Hörmətli Əlisəfa müəllim!

Sizi 70 illik yubileyiniz münasibətılə bir daha təbrik edir, sizə uzun ömür, cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.

 

Azərbaycan Yazıçılar Birliyi


1080 oxunub

InvestAZ