XƏBƏR LENTİ
28 Sentyabr 2021
27 Sentyabr 2021
26 Sentyabr 2021
25 Sentyabr 2021
24 Sentyabr 2021



Medianın İnkişafı Agentliyi yeni ofisə köçdü
MƏMLƏKƏT 12:41 / 15.07.2021

Bu gündən Medianın İnkişafı Agentliyi media subyektləri və jurnalistlərlə əlaqələrin daha səmərəli və asan qurulmasına, jurnalistlərin qəbulunun müasir standartlara uyğun həyata keçirilməsinə, işçilərin əmək şəraitinin daha da yaxşılaşdırılmasına şərait yaradılması məqsədilə Yasamal rayonu, Zahid Xəlilov küçəsi 36 ünvanında yerləşən yeni ofisə köçüb.

Yenisəs.az   xəbər verir ki, bununla əlaqədar olaraq hazırda "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icarə xidmətinin, mebel və digər təsərrüfat inventarlarının, telekommunikasiya və şəbəkə sisteminin qurulması üçün zəruri olan sistem və avadanlıqların satınalınması həyata keçirilməkdədir.

Qeyd olunan tədbirlərin həyata keçirilməsi yekunlaşdırıldıqdan sonra Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli  1249 nömrəli Fərmanı ilə yaradılmış MEDİA Agentliyi eyni məsuliyyət və peşəkarlıqla üzərinə düşən vəzifə və öhdəliklərinin icrasını yeni inzibati binasında davam etdirəcək.


2662 oxunub

InvestAZ