XƏBƏR LENTİ
26 İyul 2021
25 İyul 2021
24 İyul 2021
23 İyul 2021



Azərbaycanda koronavirusa son sutkada 95 nəfər yoluxub, ölən olmayıb
Gündəm 16:48 / 03.07.2021

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 95 yeni yoluxma faktı qeydə alınıb, 42 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenises.az-a verilən məlumata görə, son sutkada infeksiyadan ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 336 318 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330 380 nəfər müalicə olunaraq sağalıb, 4 977 nəfər vəfat edib, aktiv xəstə sayı 961 nəfərdir.

Ölkədə son sutka ərzində 10428, hazırkı dövrədək isə 3 778 410 test aparılıb.


1388 oxunub

InvestAZ