XƏBƏR LENTİ
28 Sentyabr 2021
27 Sentyabr 2021
26 Sentyabr 2021
25 Sentyabr 2021
24 Sentyabr 2021



“Lotu Quli”nin qətlinə görə daha 4 nəfər saxlanıldı
KRİMİNAL 10:59 / 03.07.2021

Türkiyə polisi "Lotu Quli” ləqəbli məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun qətlində əli olan cinayətkar qruplaşmaya qarşı xüsusi əməliyyat keçirib.

Dörd əyalətdə keçirilmiş xüsusi əməliyyat zamanı 4 nəfər saxlanılıb.

Xüsusi əməliyyatı İstanbul polisinin Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə şöbəsinin əməkdaşları daxil olan operativ məlumat əsasında keçiriblər. Xüsusi əməliyyat İstanbulda başlayıb və Ərzurumda, İzmirdə və Kocaelidə davam edib.

Bildirilir ki, qruplaşmanın lideri N. D. kimi təyin olunan şəxsdir. Polis, həmçinin saxlanılanların inisiallarını açıqlayıb - N. A., D. K, E. A və M. Y.

Xatırladaq ki, "Lotu Quli” ötən ilin avqustunda Antalyada hotellərin birində güllənənib. Onu yaxın adamı Xan Əhmədlinski (Xəqan Zeynalov) qətlə yetirib


3453 oxunub

InvestAZ