XƏBƏR LENTİ
27 Sentyabr 2021
26 Sentyabr 2021
25 Sentyabr 2021
24 Sentyabr 2021



Vladimir Putin ilə Emmanuel Makron Qarabağı müzakirə ediblər
SİYASƏT 10:11 / 03.07.2021

Rusiya prezidenti Vladimir Putin Fransa dövlət başçısı Emmanuel Makrona 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli Dağlıq Qarabağla bağlı üçtərəfli müqavilələrin icrasının gedişatı barədə məlumat verib.

Yenises.az Kremlin saytına istinadən verdiyi məlumata görə, Fransa tərəfinin təşəbbüsü ilə Vladimir Putinin Fransanın prezidenti Emmanuel Makron ilə telefon danışığı olub.

Məlumata əsasən, danışıq zamanı bölgədəki vəziyyətin, əsasən Rusiya sülhməramlılarının olması sayəsində sabit qaldığı qeyd edilib:

"Normal iqtisadi fəaliyyətin qurulması, iqtisadi və nəqliyyat əlaqələrinin açılması üçün ilk şərtlər yaradılıb. Rusiya prezidenti hərbi əməliyyatlardan zərər çəkən bölgələrin əhalisinin humanitar problemlərinin həllində Avropalı tərəfdaşların və xüsusilə Fransanın daha yaxından iştirakının zəruriliyinə diqqət çəkib. ATƏT-in Minsk qrupu da daxil olmaqla, Dağlıq Qarabağ nizamlanmasının müxtəlif aspektləri üzrə əlaqələndirməyə qarşılıqlı hazırlıq ifadə edilib".


5462 oxunub

InvestAZ