XƏBƏR LENTİ
26 İyul 2021
25 İyul 2021
24 İyul 2021
23 İyul 2021



KITABA SON SÖZ: - yazdı Əbülfət MƏDƏTOĞLU
YAZARLAR 17:15 / 21.06.2021

(Yaxın günlərdə çap olunacağını gözlədiyim DÖRD DİVAR ... ALLAH, O və MƏN kitabıma)
Düşündüyüm, daşıdığım bir adla,
Xəyalımın atlandığı Düratla...
Dizin -dizin, yorulmadan, inadla -
Gəlib çatdım bu durumla sona mən...
Güvəndiyim duasını göyərtdi,
Mənə dərdin hər üzünü öyrətdi...
Sevinirdim, birdən elə kövrəltdi -
Donub qaldım baxa-baxa ona mən!..
Mənim ruhum lələkləri ütülmüş,
Bülbül donda daş parçası - bütüymüş!
Lap doğuşdan məhəbbətim lütüymüş -
Salmamışam onu heç bir dona mən...
Çəkdiklərim fırçalıq, nə qələmlik
Bir xırmanda xəlbirləndik, ələndik.
Biz Allahın göz yaşına bələndik -
Tanrım kimi baxdım yerdə ONA mən!



1255 oxunub

InvestAZ