XƏBƏR LENTİ
25 İyul 2021
24 İyul 2021
23 İyul 2021



Lavrov Ermənistanda keçirilmiş seçkiləri şərh edib
DÜNYA 17:01 / 21.06.2021
Ermənistanda seçkilər yenicə başa çatıb. Bu seçkilərin yeni şəraitdə siyasi həyatın formalaşmasına necə təsir göstərəcəyi hələ bəlli deyil. Gəlin, orada yeni hökumət formalaşanadək gözləyək”.
"Report”un Rusiya bürosu xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Baş katibi Helqa Şmidlə baş tutmuş danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransında Ermənistanda keçirilmiş parlament seçkilərini şərh edərkən bildirib.
Lavrov qeyd edib ki, Rusiya tərəfi müharibəyə son qoymuş üçtərəfli razılaşmaların işlək olmasından və bütün tərəflərin maraqlarına cavab verməsindən çıxış edir.

728 oxunub

InvestAZ