XƏBƏR LENTİ
26 İyul 2021
25 İyul 2021
24 İyul 2021
23 İyul 2021



Samuxda gənc müəllim ikinci dəfə intihar etdi
KRİMİNAL 10:23 / 20.06.2021

Samux rayonunda intihar hadisəsi qeydə alınıb.

Yenisəs .az  xəbər verir ki, hadisə rayonun Nəbiağalı kəndində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü Arzu Nazim qızı Məmmədova yaşadığı evin zirzəmisində özünü asaraq intihar edib.

Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Əslən Kəlbəcər rayonundan olan A.Məmmədovanın Kəlbəcər rayon 47 nömrəli tam orta məktəbin müəlliməsi olduğu bildirilir. A.Məmmədova bir neçə il öncə də intihara cəhd edib. Lakin yaxınları tərəfindən xilas edilib.

Faktla bağlı Samux rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.(teleqraf.com)


747 oxunub

InvestAZ