XƏBƏR LENTİ
26 İyul 2021
25 İyul 2021
24 İyul 2021
23 İyul 2021



Gömrükdə külli miqdarda siqaret tutuldu - Video
HÜQUQ 22:19 / 18.06.2021

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən külli miqdarda aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısını alıblar.

Yenisəs.az  Axar.az- a istinadən   xəbər verir ki, Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes Benz" markalı avtomobil ilə külli miqdarda aksiz markasız siqaretlərin Bakı və Sumqayıt şəhərlərində realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Məlumat təsdiqini tapdıqdan sonra yaradılmış əməliyyat qrupu Bakı şəhəri Yasamal rayonu ərazində əməliyyat-axtarış tədbirləri həyata keçirib və "Mersedes Benz" markalı avtomobil saxlanılıb.

Baxış zamanı avtomobildə, ümumilikdə Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan 120 000 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.




745 oxunub

InvestAZ