XƏBƏR LENTİ
26 İyul 2021
25 İyul 2021
24 İyul 2021
23 İyul 2021



Peskov: “Rusiya Qarabağdakı vəziyyətlə bağlı bütün tərəflərlə təmasdadır”
SİYASƏT 16:00 / 18.06.2021

Rusiya Qarabağda vəziyyəti sabitləşdirmək üçün Türkiyə, Ermənistan və Azərbaycanla sıx təmasdadır.

TASS-ın məlumatına görə, bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Biz Ankara, Bakı və İrəvanla sıx təmasdayıq. Hesab edirik ki, hər bir addım Cənubi Qafqazda vəziyyətin daha da sabitləşməsinə, infrastrukturun inkişafına, nəqliyyat logistikasına və vəziyyəti ümumilikdə  düzəlməsinə kömək etməlidir, heç bir halda gərginliyin artmasına səbəb ola biləcək elementi özündə ehtiva etməməlidir”, - deyə Kremlin sözçüsü bildirib.


950 oxunub

InvestAZ