XƏBƏR LENTİ
26 İyul 2021
25 İyul 2021
24 İyul 2021
23 İyul 2021



Ermənistanın müharibə itkiləri ilə bağlı son məlumat açıqlandı
DÜNYA 10:34 / 18.06.2021

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ölkənin ikinci Qarabağ müharibəsindəki itkilərlə bağlı son məlumatı açıqlayıb.

Yenisəs.az  Teleqraf.com -a istinadla  xəbər verir ki, Paşinyan ikinci Qarabağ müharibəsində həlak olan hərbçilərin sayının 3 700 nəfəri ötdüyünü bildirib: "Bugünkü günə olan məlumata əsasən müharibədə 3 705 nəfər həlak olub, daha 268 nəfər itkin düşüb”, - deyə baş nazir vəsifəsinin icraçısı seçkiqabağı kampaniya zamanı keçirilən debatda deyib. Qeyd edək ki, Paşinyan daha əvvəl də Ermənistanın müharibədəki itkilərinin sayının təxminən 4 000 nəfərə çatacağını deyib.

Ötən gün Xocavənddə aparılan axtarış işləri zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən məhv edilən, lakin itkin düşmüş sayılan daha 3 hərbçisinin meyitinin qalıqları tapılıb. Bununla da Ermənistanın ikinci Qarabağ müharibəsində məhv edilmiş, lakin bu günə qədər itkin düşmüş sayılan hərbçilərinin sayı 1 579 nəfərə çatıb.


789 oxunub

InvestAZ