XƏBƏR LENTİ
26 İyul 2021
25 İyul 2021
24 İyul 2021
23 İyul 2021



Xətaidə törədilən qətllə bağlı ən son xəbər
KRİMİNAL 20:46 / 17.06.2021

2021-ci il fevralın 15-də paytaxtın Xətai rayonu ərazisində İsmayıl Xankərimova məxsus üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Yenisəs.az  Xətai rayon Prokurorluğuna istinadən xəbər verir ki, istintaqla müəyyən edilib ki, zərərçəkmişin tanışı Famil İsmayılov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı İsmayıl Xankərimovu mətbəx bıçağı ilə vuraraq qəsdən öldürüb.

Famil İsmayılov Cinayət Məcəlləsinin 120.1-ci (adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


1005 oxunub

InvestAZ