XƏBƏR LENTİ
26 İyul 2021
25 İyul 2021
24 İyul 2021
23 İyul 2021



Əbülfət MƏDƏTOĞLU yazır: - MƏNƏM... (Özümə təsəllilərdən)
YAZARLAR 20:38 / 17.06.2021


Yenə qolazlanır dərdin sapandı
Atılan o daşın gəzdiyi mənəm...
Arabir həsrət də yolun sapandı -
Kövrəltdiyi sənsən, əzdiyi mənəm...
Doğum tariximdən başım dərddədi,
Dərdimin bir qismi dərddən çərlədi!..
Könlüm qabar oldu, ruhum tərlədi -
Gördüm ki , onlar da bezdiyi mənəm...
Suvarıb hicranın ağaran izin
Gözüm gözlərindən aldı bir izn...
Hamının önündə, hər kəsdən gizlin -
Təkliyin kəbinin kəsdiyi mənəm...
Sığınıb bu günki dəli sevgiyə
Döydüm qapısını hər gün Sev!- deyə...
Dönüb baxmasa da eşqdən kefliyə -
Anladım ,sevgidə dözdüyü mənəm...



1334 oxunub

InvestAZ