XƏBƏR LENTİ
26 İyul 2021
25 İyul 2021
24 İyul 2021
23 İyul 2021



İranda özünü Mehdi elan edən şəxs ortaya çıxdı - Video
DÜNYA 20:28 / 17.06.2021

İranda prezident seçkilərinə bir gün qalmış maraqlı hadisə baş verib.

Yenisəs.az Hit.az-a istinadən xəbər verir ki, İsfahan şəhərində vətəndaşlardan biri özünü Mehdi elan edib. O, yaşıl paltarda əlində qılınc ağ atın belində İsfahanın mərkəzi küçələrində dolaşaraq İranın ali dini lideri Əli Xamneyinin əleyhinə şüarlar səsləndirirmiş.

"Mehdi”ni atın belindən motosikletlə vuraraq salıblar. Daha sonra polis onu həbs edib.

Qeyd edək ki, Mehdi şiələrin 12-ci imamıdır. Şiə etiqadına görə, o qeybə çəkilib və qiyamət günündən əvvəl zühur edərək dünyada ədaləti bərqərar edəcək.

Dünya mediası olayın görüntülərini yayıb. Həmin görüntüləri təqdim edirik:



745 oxunub

InvestAZ