XƏBƏR LENTİ
26 İyul 2021
25 İyul 2021
24 İyul 2021
23 İyul 2021



Əliyevə təklif etdim, “məmnun olardım” dedi - Ərdoğan
SİYASƏT 15:13 / 17.06.2021

Ermənistan Azərbaycanın Qarabağ zəfəri reallığını qəbul etməli, bölgənin önündə açılan yeni dönəmi doğru oxumalıdır.

Yenisəs.az  Axar.az-a istinadla  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, Ermənistanın etibar yaradacaq addımlar atmağa başlamalı olduğunu bildirib.

İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycanın yanında olacağını deyən Ərdoğan Azərbaycana mina təmizlənməsi üçün verilən texnikanın sayını 20-yə qədər artıracaqlarını vurğulayıb.

Türkiyə lideri, həmçinin Qara dənizdə neft və qaz axtarışına Azərbaycanın da cəlbi məsələsinə toxunub:

"Hazırda özəlliklə bu mövzuda Azərbaycanla bizim TANAP və TAP-dan gələn bir tərəfdaşlığımız mövcuddur. Bundan başqa biz bəlkə də yeni prosesə də addım ata bilərik. Bu nə ola bilər? Məsələn, hazırda bizim Türk Petrolları ilə əlaqəli bir quruluşumuz var. Bu quruluşla birlikdə necə indi TAP-da, TANAP-da ortaqlığımız varsa, dəyərli dostum İlham Əliyevlə belə bir addımı Liviyada da ata bilərik. Onların bu mövzularda bəlli bir təcrübəsi var. Eyni təcrübə bizdə də olduğuna görə bəzi addımlar atmaq mümkündür. Mən özünə də bu təklifi etdim. O da belə bir şeydən məmnun olacağını dedi”.

Ərdoğan Azərbaycanın Zəngəzur layihəsinə çox önəm verdiklərini və dəstəklədiklərini də qeyd edib.


1268 oxunub

InvestAZ