XƏBƏR LENTİ
25 İyul 2021
24 İyul 2021
23 İyul 2021



Metro stansiyasını tüstü bürüdü
Gündəm 10:48 / 16.06.2021

Bu gün səhər saatlarında Bakı metrosunda gərgin anlar yaşanıb.

Yenisəs.az  Publika.az-a  istinadla   xəbər verir ki, Metropoliten İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov hadisə ilə əlaqədar bildirib ki, metronun "Əhmədli" stansiyası yaxınlığında şaxtada kabelin giriş sahəsində kabel muftasında qısaqapanma baş verib. Elektrik mühafizəsi dərhal işə düşüb, onu açıb, ehtiyat kabel qoşulub. Ventilyatorlar havanın çıxarılması rejiminə qoşulub və tunelə daxil olmuş tüstü çıxarılıb.

Onun sözlərinə görə, sərnişinlərin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb, tənzimləmə məqsədilə qatarların hərəkətində iki dəqiqə vaxt sərf olunub: "Metropolitenin iş rejimində dəyişiklik yoxdur".


995 oxunub

InvestAZ