XƏBƏR LENTİ
26 İyul 2021
25 İyul 2021
24 İyul 2021
23 İyul 2021



Ərdoğan: "Müdafiə sənayesi sahəsində əlaqələrimiz daha fərqli inkişaf edəcək"
Gündəm 19:19 / 15.06.2021

Pandemiyaya baxmayaraq, kənd təsərrüfatından enerjiyə, nəqliyyatdan turizmə, müdafiədən təhsil və mədəniyyətə qədər hər sahədə əməkdaşlığımızı inkişaf etdirmək üçün birgə səylərimizi qətiyyətlə davam etdiririk. Bütün bunlardan başqa, müdafiə sənayesi sahəsində əlaqələrimizi texnologiya transferi və birgə istehsal layihələri ilə daha da gücləndiririk.

Yenisəs.az  xəbər verir ki, bu fikirləri  Türkiyə Prezidenti  Şuşada mətbuata bəyanatında söyləyib.

İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatlarının önəmini xüsusi vurğulayan Türkiyə Prezidenti deyib: "Müdafiə sənayesi sahəsində əlaqələrimiz bundan sonra daha fərqli şəkildə inkişaf edəcək. Bu fərqli inkişafla yanaşı, Azərbaycan bir bazar deyil, eyni zamanda, bu prosesdə istehsal mərkəzi olma imkanı da əldə edəcək. Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”.


753 oxunub

InvestAZ