XƏBƏR LENTİ
26 İyul 2021
25 İyul 2021
24 İyul 2021
23 İyul 2021



HANSI GÜNAHIMI BAĞIŞLAMIRSAN? - Əbülfət MƏDƏTOĞLU yazır ("Bir qadına..." silsiləsindən)
YAZARLAR 21:36 / 14.06.2021


Sənə birnəfəsə yar deməyimi,
Sən adlı bir dünyam var!- deməyimi ...
Sevgidi İlahi bar! - deməyimi -
Hansı günahımı bağışlamırsan?
Gözünün nuruna payım - deməyi
Səsinə tez çatan hayım - deməyi...
Daha mən nələri sayım? - deməyi -
Hansı günahımı bağışlamırsan?..
Saçına əlimin xəttin köcürmək
Əlimə saçının bəxtin köçürmək...
Saçını saymaqla vaxtı keçirmək -
Hansı günahımı bağışlamırsan?
Dilimin şəkəri adını etmək
Özünü ömrümün Qadını etmək ...
Deməki günahdı, ta bunu etmək -
Hansı günahımı bağışlamırsan?!



1732 oxunub

InvestAZ