XƏBƏR LENTİ
25 İyul 2021
24 İyul 2021
23 İyul 2021



Ağcabədidə əməliyyat keçirilib, heroin və silah götürülüb
KRİMİNAL 21:00 / 14.06.2021

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə narkotik ticarəti ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb. Saxlanılarkən onun avtomovilindən silah da aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  Yenisəs.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Hacıyev idarə etdiyi avtomobillə birgə şəhər ərazisində saxlanılaraq RPŞ-yə gətirilib. Avtomobilə baxış keçirilən zaman 2 ədəd polietilen torbada təmiz çəkisi 100 qram olan heroin və 1 ədəd "Makarov” tipli tapança aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.


791 oxunub

InvestAZ