XƏBƏR LENTİ
25 İyul 2021
24 İyul 2021
23 İyul 2021



Əhməd İsmayılov yeni qanun layihəsinin əsas məqsədini açıqladı
HÜQUQ 20:52 / 14.06.2021

İyunun 14-də Medianın İnkişafı Agentliyinin və ADA Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə "Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlara  başlanılıb.

Yenisəs.az-ın məlumatına görə, birgə seminarın təşkil olunmasında məqsəd media nümayəndələri arasında təcrübə mübadiləsinin aparılmasıdır. 

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov "Media haqqında” qanun layihəsi barədə məlumat verib. 

O bildirib ki, qanun layihəsi media sahəsində ictimai münasibətlər sistemini tənzimləyən yeni normativ hüquqi aktın hazırlanmasını nəzərdə tutur. 

"Qanun layihəsinin əsas məqsədi bütün media subyektlərinin, o cümlədən yeni yaranmış onlayn media subyektlərinin də fəaliyyətinin və hüquqlarının müəyyən olunmasıdır”, - deyə o bildirib. 

Qeyd edək ki, iyunun 14-dən iyulun 10-dək davam edəcək seminarlarda 75 media nümayəndəsinin iştirakı nəzərdə tutulub. Onlar hər qrup üzrə 25 nəfər olmaqla 3 qrupa bölünərək, həm yerli, həm də xarici mütəxəssislərlə təcrübə mübadiləsi aparacaqlar. Qonaqlar arasında "Əl-Cəzirə” və "Haber Global”ın mütəxəssisləri də var.


988 oxunub

InvestAZ