XƏBƏR LENTİ
25 İyul 2021
24 İyul 2021
23 İyul 2021



Fransada təyyarə qəzaya uğrayıb, ölənlər var
DÜNYA 08:46 / 13.06.2021
Fransanın şimalındakı O-de-Frans bölgəsində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb, nəticədə üç nəfər ölüb.

APA xəbər verir ki, bu barədə "Voix du Nord” qəzeti məlumat yayıb.

Məlumata görə, turizm təyyarəsi şənbə günü günortadan əvvəl Vambreşi kommunasında qəzaya uğrayıb. Qəza təyyarə Bondü aerodromundan havaya qalxdıqdan bir qədər sonra baş verib. Vambreşidə təyyarə yerli restoranlardan birinin yaxınlığında yerə düşüb.

"Təyyarədə Bezyedən olan bir ailə var idi, onlar dünən gəliblər və Belçikadakı qohumlarını görmək üçün uçurdular”, - deyə qəzet Vambreşinin meri Sebastien Bronyarın sözlərini sitat gətirib.

Yerli sakinlər, qəzetin qeyd etdiyi kimi, təyyarənin düşməzdən əvvəl mühərrikinin necə qeyri-adi bir "yüksək səs" çıxardığını eşitdilər.

716 oxunub

InvestAZ