XƏBƏR LENTİ
25 İyul 2021
24 İyul 2021
23 İyul 2021



Paşinyan Lavrova əvvəl prezident, sonra baş nazir dedi: Akopyan güldü
Gündəm 06:23 / 13.06.2021

Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan çıxışı zamanı Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovu əvvəlcə prezident, sonra isə baş nazir adlandırıb.

Yenisəs.az  bildirir ki,  Teleqraf.com erməni KİV-nə istinadla xəbər verir ki, hadisə Qexarkunikdə seçkiqabağı mitinqdə baş verib.

15 erməni hərbçinin Azərbaycandan buraxılması və mina xəritəsinin verilməsindən danışan Paşinyan deyib:

"Nə vaxt ki, prezident... Rusiyanın baş naziri Sergey Lavrov İrəvana gəldi və bir gün əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri minalı ərazilər haqqında informasiya ilə bağlı çağırışla çıxış etdi...".

Bu zaman Paşinyanın arxasında dayanan xanımı Anna Akopyan və Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyan ona gülüblər.



804 oxunub

InvestAZ