XƏBƏR LENTİ
15 İyun 2021
14 İyun 2021
13 İyun 2021
12 İyun 2021



"Bütün kənd təsərrüfatı yarmarkaları fəaliyyətini bərpa edəcək" - Nazir
HÜQUQ 12:28 / 10.06.2021

Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil edilən və pandemiya şəraiti ilə əlaqədar dayandırılan bütün yarmarkalar fəaliyyətini bərpa edəcək.

Yenisəs.az-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

O bildirib ki, artıq pandemiya ilə bağlı vəziyyət yaxşılaşdıqca bu tədbirlərin də keçirilməsinə başlanacaq: "Pandemiya ilə bağlı yumşalmalar başlanıb. Yumşalmalar olduqca yarmarkalar da təhlükəsizlik tədbirlərinə riayət edilməklə təşkil olunacaq. Həm bal yarmarkaları, həm də kənd təsərrüfatının ənənəvi yarmarkaları fəaliyyətini bərpa edəcək".


267 oxunub

InvestAZ