XƏBƏR LENTİ
15 İyun 2021
14 İyun 2021
13 İyun 2021
12 İyun 2021



Məşhur türk iş adamı sabiq səfirlə bağlı müraciət etdi
HÜQUQ 09:14 / 10.06.2021

Türkiyəli məşhur iş adamı, doktor Zeynal Abidin Ərdəm Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri, hazırda həbsdə olan Eldar Həsənovla bağlı Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Yenisəs.az  Teleqraf.com-a  istinadla  xəbər verir ki, E.Həsənovun böyük bir haqsızlığa məruz qaldığını və hazırda səhhətinin yaxşı olmadığını vurğulayan Z.A.Ərdəm Prezident İlham Əliyevə məktubunda sabiq səfirin azadlığa buraxılmasını xahiş edib:

"Hörmətli Prezident, mən sizi həmişə ədalətli və böyük bir lider kimi tanımışam. Eldar çox xəstədir, onun əməliyyata ehtiyacı var. Qardaşı olaraq onun səhhətindən çox narahatam. Hər zaman sizə sadiq qalan Eldarın qayğısına qalmağınızı və sərbəst buraxılmasını xahiş edirəm".

Həmçinin, iş adamı ölkə başçısından E.Həsənovun Türkiyədə əməliyyat olunmasına və son illərdə Türkiyədə olan ailəsinin yanında yaşamasına şərait yaradılmasını xahiş edib.


333 oxunub

InvestAZ