XƏBƏR LENTİ
15 İyun 2021
14 İyun 2021
13 İyun 2021
12 İyun 2021



Zəngəzur dəhlizi Türkiyəsiz mümkün deyil - Lavrov
SİYASƏT 18:08 / 09.06.2021

0 noyabr razılaşmasının bəndlərindən biri kommunikasiyaların açılmasıdır.

Yenisəs.az      Axar.az-a  istinadla   xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, kommunikasiyaların açılması məsələsi həmişə ATƏT-in Minsk Qrupunun gündəmində olub.

O, həmçinin bu razılaşma çərçivəsində Rusiya, Ermənistan və Azərbaycan liderlərinin görüşünün 2021-ci ilin yanvarında keçirildiyini, kommunikasiyaların açılması problemləri ilə birbaşa məşğul olacaq baş nazir müavinləri səviyyəsində İşçi Qrup yaradıldığını xatırladıb.

Lavrovun sözlərinə görə, Türkiyə və İranın da maraqları nəzərə alınmadan bu məsələnin həlli mümkün deyil:

"Şimal-Cənub və Şərq-Qərb strateji marşrutlarının keçdiyi kritik rayonlardır. Kimi buraya cəlb edib, kimi cəlb etməməyi düşünmək lazım deyil. Uzunmüddətli perspektivdə münasibətlərin necə qurulması gərəkdiyi düşünülməlidir”.



342 oxunub

InvestAZ