XƏBƏR LENTİ
15 İyun 2021
14 İyun 2021
13 İyun 2021
12 İyun 2021



Əbülfət MƏDƏTOĞLU : - ÜMİDSİZLİK YAĞAN GECƏNİN ŞEİRİ... (Özümə məktublardan)
YAZARLAR 18:15 / 07.06.2021

Laldı, susubdu bu gecə
Nəfəs də almır elə bil...
Gündüzlə edib heç heçə -
Sən də , bu sonu belə bil...
Ağırlıq yağır hər andan,
Boğulur ruhum, boğulur...
İlahi, bu qaranlıqdan -
Ağappaq kədər doğulur...
Sükutdan içim üşüyür,
Düşüb təklik alovuna...
Gördün qələmim tövşüyür -
Götür qoy, buz dolabına...
...Lal gecədə baxışımı
Ayırdım ağır yerişdən...
Gəlib yandır işığımı -
Dönürəm dərdlə görüşdən...




1005 oxunub

InvestAZ