XƏBƏR LENTİ
29 Noyabr 2021
28 Noyabr 2021
27 Noyabr 2021
26 Noyabr 2021



Milli Məclis büdcə layihəsini ikinci oxunuşda təsdiq etdi
İqtisadiyyat 12:52 / 31.05.2021

Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Yenisəs.az-ın məlumatına görə, qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 681 milyon 734,6 min manat, xərcləri isə 26 milyard 416 milyon 297,5 min manat təşkil edilib.

Büdcə kəsiri 1 milyard 734 milyon 562 912 manat təşkil edib. 2021-ci il 1 yanvar tarixinə vahid xəzinə hesabının sərbəst qalığı isə 1 milyard 526 milyon 094 088 manat olub.

Müzakirələrdən sonra layihə səsə qoyularaq ikinci oxunuşda təsdiq edilib.


2872 oxunub

InvestAZ